Mövqe | Kritik suallar haqqında düşünmək lazımdır
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
Fulbrayt tədqiqatçısı, Harvard Universiteti
Ötən həftə ADA Universitetində keçirilən məzun günündə bu ali təhsil müəssisəsinin həqiqətən də Azərbaycanın aparıcı ali məktəblərinin birinə çevrilməsi, qısa müddətdə qurulmuş beynəlxalq əlaqələri razılıqla qeyd olundu. Eyni zamanda, gələcəkdə Azərbaycan universitetlərinin dünyanın ən yüksək standartlarına cavab verməsi, ölkədəki təhsilin səviyyəsinin də dünyamiqyaslı olacağına ümidvarlıq ifadə olundu.
Bu şərtlərin təmin olunduğu şəraitdə vizionlu rəhbəri və aparıcı kadrları olan müəssisədə səmərəli idarəçiliyi və yeni öyrənmə/tədris mühitini təşkil etmək üçün yola başlamaq lazımdır. Bu baxımdan xaricdə aparıcı universitetlərdə təhsil alıb, ölkənin inkişafında gündəlik rol oynamaq istəyən bilikli, peşəkar və vətənə-bağlı insanların mənəvi gücə ehtiyacları var.
Gələcək üçün vizionun (aydın, iddialı və maliyyələşdiriləcək) müəyyən edilməsi, dəyişiklərin aparıcısı olacaq qrupun olması, innovasiyanı təmin edəcək dairənin müəyyən olunması, tələbənin dəyişikliyə verəcəyi impuls, daimi effektiv inter-kommunikasiya, proqnozlaşdırıcı idarəçilikdə dəlil-sübuta və məlumata-əsaslanaraq çevik qərarların verilməsi, tədris/öyrənmədə məhsuldarlığın təmin olunması üçün texnologiyanın imkanlarından istifadə zəruridir.
Bu arada, dəyişikliklərə müqavimət göstərmək vərdişlərinin də öhdəsindən necə gəlinəcəyini, o cümlədən, “Hardayıq?” “Hara gedirik?” “Niyə getməliyik?” kimi kritik məsələlər barəsində də düşünüb-daşınmaq lazımdır.
Teqlər: Təhsil